KTMT-nin baş katibi: Dağlıq Qarabağ münaqişəsi Ermənistan ərazisinə keçməyəcək

18:20 08-10-2020 384

Azərbaycan Ermənistan ərazisinə zərbələr endirməyəcək, çünki bu ölkəyə qarşı ərazi iddiaları yoxdur və onun bütövlüyünə qəsd etməyəcək.

“İnterfax” xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.

“Mən əminəm ki, vəziyyət buna gəlib çıxmayacaq. Niyə? Çünki Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur və onun ərazi bütövlüyünə qəsd etməyəcək. İkincisi, mənə elə gəlir ki, orada bu cür qərarlar qəbul etməməkdən ötrü öz xalqı qarşısında kifayət qədər sağlam düşüncə və məsuliyyətlik var”, - deyə o, bildirib.

S. Zas qeyd edib ki, azərbaycanlı və erməni siyasətçilərin, hərbçilərin sağlam düşüncəsi münaqişənin yeni səviyyəyə qədər böyüməsinə imkan verməyəcək”.