Sahibsiz it sürüsü qadını təcavüzdən xilas etdi

07:00 16-10-2020 15

Rusiyanın Kaluqa şəhərində sahibsiz it sürüsü bir qadını təcavüzkarın əlindən xilas edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsi xəbər yayıb.

Bildirilir ki, qadın işdən evə qayıdarkən naməlum kişi ona arxadan yaxınlaşaraq yerə yıxıb və ona təcavüz etməyə çalışıb.

Qadın özünü qorumağa və qışqırmağa başlayıb, lakin ətrafda adam olmayıb. Hansısa anda hadisə yerinə it sürüsü yaxınlaşıb. Bu zaman kişi qorxaraq oradan uzaqlaşıb.

Xilas olan qadın polisə müraciət edərək hücumçunun əlamətlərini deyib. Müfəttişlər kişini cinayət yerinin yaxınlığında saxlayıblar.

Kişiyə qarşı “təcavüzə cəhd” maddəsi ilə cinayət işi başlanıb.