Bakıda piyadanı avtomobil vurub

09:20 16-10-2020 326

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə İsmayıl Şıxəliyev küçəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Ağayeva Cəmilə Tahir qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.