Bakıda gecə iki nəfər köməksiz qaldı

09:40 16-10-2020 328

Ötən sutka ərzində Bakı şəhərinin Binəqədi rayonunda ayrı-ayrı ünvanlarda iki nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.