Azərbaycana virusun genomunu öyrənə biləcək aparatlar gətirilib - AÇIQLAMA

11:40 16-10-2020 394

“Həftəsonu aparılan test saylarında azalma olsa da, yoluxma dinamikasında artım var”. 

HerGun.Az-ın brifinqdə olan müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, virusun ağırlaşması və ölümə səbəb olması istiqamətində araşdırma aparılır:

“Azərbaycana da virusun genomunu öyrənə biləcək aparatlar gətirilib. Bununla bağlı araşdırma aparılacaq. Bu gün üçün xəstəliyin ölümcüllüyünün hansı səviyyədə olmasını demək çətindir”.

Könül Cəfərli