Qırğızıstanda prezident və parlament seçkilərinin keçiriləcəyi tarix açıqlandı

12:20 16-10-2020 18

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova prezident seçkiləri üçün ilkin tarixi açıqlayıb.

Bu barədə TASS xəbər yayıb.

Seçkilərin 17 yanvar 2021-ci ildə keçiriləcəyi bildirilir.

Eyni zamanda, MSK sədri erkən seçkilərlə bağlı qərarın ölkə parlamenti tərəfindən verildiyini də vurğulayıb.

Şayldabekova xatırladıb ki, respublika qanunlarına uyğun olaraq prezident seçkiləri prezidentin istefasından sonra üç ay ərzində keçirilməlidir.

O qeyd edib ki, parlament seçkiləri 20 dekabr 2020-ci ilə təyin olunub.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 5-də parlament seçkilərinin nəticələri ilə razılaşmayan əhali kütləvi etirazlara başlayıb. Nəticədə, Qırğızıstan Baş naziri Kubatbek Boronov istefaya gedib.

Müxalifət partiyalarının liderləri ölkəni idarə etmək üçün bir koordinasiya şurası yaradıblar və həbsdən azad edilən Sadır Japarovu Baş nazir təyin ediblər.

Oktyabrın 15-də ölkə prezidenti Sooranbay Jeenbekov istefa verib.