Mbappe PSJ-nin təklif etdiyi yüksək məbləğdən imtina edib

06:00 17-10-2020 12

PSJ komandanın əsas futbolçusu Kilian Mbappeyə beş illik yeni müqaviləyə imza atmağı təklif edib.

AS agentliyi xəbər verir ki, Paris klubu hücumçunun ilinə 30 milyon avro ödəməyə hazırdır.

Mənbə isə yazır ki, K.Mbappe müqaviləni yeniləmək fikrində deyil və tezliklə Madridin “Real” klubuna keçməyə hazırlaşır.

Öz növbəsində “Barselona” da 21 yaşlı futbolçuya elçi düşüb. Lakin aparılan danışıqlar nəticəsində məlum olub ki, istedadlı futbolçu “kral klubu”nun heyətində çıxış etməkdə qərarlıdır.

Xatırladaq ki, Kilian Mbappe 2017-ci ilin yayında icarə əsasında “Monako”dan PSJ-yə keçib.

Bir il sonra Paris klubu hücumçunu 145 milyon avroya transfer edib.