Kamran Əliyev və Kəmaləddin Heydərov Gəncədəki hadisə yerində

08:20 17-10-2020 11

Baş prokuror Kamran Əliyevlə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hazırda Gəncədə hadisə yerindədir. 

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. 

Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı birləşmələri Gəncəni raket atəşinə tutub. Raketlərdən ikisi şəhərin mərkəzindəki yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.