Britaniya səfiri: “Gəncədə son olanlar qəbuledilməzdir”

22:20 17-10-2020 447

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Gəncədə baş verən son hadisələrin qəbuledilməz olduğunu qeyd edib.

Bu barədə britaniyalı səfir “Twitter” hesabında yazıb.

O, Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Mortonun Dağlıq Qarabağda dinc itkilərin qəbuledilməz olması barədə paylaşımına münasibət bildirib.

Səfir Ceyms Şarp V.Mortonun paylaşımına “Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncədə son olanlar qəbuledilməzdir” qeydini yazıb.