Salah “Liverpul”da 100-cü qolunu vurdu

02:00 18-10-2020 468

Oktyabrın 17-də İngiltərə Premyer Liqasında “Liverpul” və “Everton” komandalarının qarşılaşması 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Qarşılaşmada “Everton”un qapısına vurulan qollardan birinin müəllifi Məhəmməd Salah olub. Bu M.Salahın “qırmızılar”ın heyətində 100-cü qolu olub.

Misirli futbolçu bu göstəriciyə 159-cu oyununda nail olub.