Ukrayna Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

11:40 18-10-2020 514

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Təbrik mətni səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Təbrikdə deyilir:

“Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!”.