Rumıniyada koronavirus xəstəxanasında yanğın: Çox sayda ölən və yaralananlar var

09:20 15-11-2020 363

Rumıniyanın Piatra-Neamt şəhərində koronavirus xəstələri olan xəstəxanada yanğın baş verib.

“Associated Press” ölkənin Fövqəladə Hallar Müfəttişliyinə istinadən xəbər yayır ki, nəticədə, 10 nəfər həyatını itirib.

Digər 10 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır. Xəstələri reanimasiyadan qurtarmağa çalışan növbətçi həkim birinci və ikinci dərəcəli yanıqlar alıb. Digər həkim və iki tibb bacısının da yanıq xəsarətləri var.

Yanğın reanimasiya şöbəsində başlayıb. Ölkənin Səhiyyə Nazirliyinin ilkin versiyasına görə, yanğına qısaqapanma səbəb olub.

Ölkə prokurorluğu cinayət işi başladıb.