“Kəlbəcərin azad olunması Azərbaycanın yaralarının sağalmasının başlanğıcıdır” - FOTO

13:20 15-11-2020 13

Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycan xalqını təbrik edib.

O, bu barədə “Twitter” hesabında paylaşım edib.

“Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm. Bu, Azərbaycanın bütövləşməsinin və yaraların sağalmasının başlanğıcıdır. Yaşasın Azərbaycan-Pakistan dostluğu”, - deyə o qeyd edib.