Moldovada prezident seçkilərinin ikinci turu: Seçici fəallığı 50 faizi keçdi

22:20 15-11-2020 435

Moldova prezidenti seçkilərinin ikinci turunda yerli vaxtla saat 18:44-ə olan nəticələrə əsasən seçici fəallığı 50 faizi keçib.

Bu barədə TASS Moldovanın Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Agentlik bildirir ki, ikinci turda seçici fəallığını üçün xüsusi hədd nəzərdə tutulmayıb.

Xatırladaq ki, prezident seçkilərinin ikinci turunda keçmiş baş nazir Mayya Sandu və hazırkı dövlət başçısı İqor Dodon iştirak edir.