Moldovada prezident seçkilərinə çoxsaylı kiberhücumlar olub

01:00 16-11-2020 331

“Hakerlər prezident seçkilərinin ikinci turu keçirilən Moldovanın Mərkəzi Seçki Komissiyasının (MSK) elektron sisteminə çoxsaylı kiberhücumlar təşkil ediblər”.

Bu barədə “RİA Novosti” Moldova MSK sədrinin müavini Vladimir Şarbana istinadən məlumat yayıb.

O, qeyd edib ki, bütün kiberhücumları dəf etmək mümkün olub.

Xatırladaq ki, noyabrın 15-də Moldovada prezident seçkilərinin ikinci turu start götürüb.