Moldovada səslərin 95%-i hesablandı: Dodon məğlubiyyətə yaxındır - YENİLƏNİB

03:00 16-11-2020 23

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin ilkin nəticələrini açıqlayıb.

Seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.

01:42

Moldovanın Mərkəzi Seçki Komissiyası səslərin 85 faizinin sayılmasından sonra prezident seçkilərinin ikinci turunda keçmiş baş nazir Mayya Sandunun liderlik etdiyini açıqlayıb.

Bu barədə “Sputnik” Moldova məlumat yayıb.

Nəticələrə əsasən, Mayya Sandunu 51.68 faiz seçici dəstəkləyib. Hazırkı dövlət başçısı isə səslərin 48.32 faizini toplaya bilib.