Qaradağda avtomobil aşıb, sürücü xəstəxanalıq olub

05:40 16-11-2020 420

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Qaradağ rayonunun Müşfiq qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Mikayılov Zəka İlham oğlu sükana nəzarəti itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.

Bədən xəsarətləri alan Z.Mikayılov xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.