Kürdəmirdə “Mercedes” yol kənarındakı tikiliyə çırpıldı: Xəsarət alan var - VİDEO

07:00 16-11-2020 446

Kürdəmirdə sürücünün xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza rayonun Vaqif prospektində qeydə alınıb.

Ağdam rayon sakini, 38 yaşlı Süleymanov Əli Kamil oğlu “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yoldan çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisə zamanı sürücü Əli Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.