Moskvada tarixi binada yanğın - VİDEO

08:20 16-11-2020 15

Moskvada 14 mərtəbəli yaşayış binasının damında yanğın baş verib.

Bu barədə “Lenta” məlumat yayıb.

Yanğın yerli vaxtla 17:53-də baş verib.

Binanın damında toplanmış tikinti materialları və zibilin yandığı qeyd olunur.

Qeyd edək ki, yanğın baş verən tikili tarixi bina hesab olunur.