“Mazda”, “Honda”, “Subaru”, “Mitsubishi” və “Toyota” rəsmi nümayəndələrindən əsgər və şəhidlərə ehtiram

10:00 16-11-2020 28

“Mazda”nın Azərbaycandakı rəsmi distribüteri “Rotary Motors”, “Honda”nın rəsmi distribüteri “Yeni Motor”, “Mitsubishi”nin rəsmi distribüteri “Diamond Motors”, “Subaru”nun rəsmi distribüteri “Subaru Azərbaycan” və “Toyota” Abşeron Mərkəzi şirkəti olaraq öz adımızdan hər bir Azərbaycan vətəndaşını bu şanlı qələbə münasibətilə təbrik edir və qələbəmizin memarlarına sonsuz təşəkkürlərimizi bildiririk. 

Qarabağın azadlığı uğrunda gedən müharibədə daima ordumuza maddi və mənəvi cəhətdən öz dəstəyimizi göstərməyə çalışmışıq. Həmçinin, müzəffər ordumuzun sıralarına qoşulan şirkət əməkdaşlarımızın, onların bizə əmanəti olan ailələrinin yanında olduğumuzu hiss etdirməyi unutmamışıq.  

Bu əlamətdar günlərdə torpaqlarımızı qanı, canı bahasına qoruyan şəhidlərimizə minnətdarlığımızı bir daha bildirmək üçün onları ziyarət etdik, məzarları başında xatirələrini yad etdik. Bu müqəddəs ziyarətdən öncə isə müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin məzarını ziyarət etdik və məzarına gül qoyaraq dərin ehtiramımızı ifadə etdik. 

Bundan sonra da daima dövlətimizin yanında olmağa, ölkəmizin hər anında, ən sevincli günlərdə də, ən çətin vaxtlarda da öz dəstəyimizi göstərməyə hazırıq.