Yağışlı Bakı günündən “mənzərələr” - FOTO/VİDEO

13:20 16-11-2020 486

Axşam saatlarından davam edən yağış paytaxtda müxtəlif fəsadlar yaradıb.

Bu barədə HerGun.Az-ın redaksiyasına göndərilən müraciətdə qeyd olunub.

Yağış sularının axını üçün lazım olan drenajların normal fəaliyyət göstərməməsi səbəbindən avtomobil yollarına yığılan su nəqliyyatın hərəkətini iflic edib.

Digər tərəfdən, yağış suları paytaxtın müxtəlif istiqamətlərində yaşayış evlərinə dolaraq sakinlərə çətin anlar yaşadıb. Bakının Xətai rayonu, Naximov küçəsində yaşayış evlərinin həyətini su basıb.

Yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumların təcili və təxirəsalınmaz tədbirlər görəcəyinə ümid edirik.

Həmin görüntüləri təqdim edirik: