Rusiyada məşhur olan azərbaycanlı repçi ad və soyadını dəyişdirməsinin səbəbini açıqladı - VİDEO

18:00 16-11-2020 555

Hazırda Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı rep ifaçısı, məşhur “HammAli & Navai” qrupunun üzvü Aleksandr Əliyev öz ad və soyadını dəyişdirməsinə “YouTube” kanalda aydınlıq gətirib.

O qeyd edib ki, bunun əsas səbəbi təhsil alarkən rəhbərlik tərəfindən qərəzli münasibətə məruz qalması olub.

“2008-cu il idi. Hüquq fakültəsində oxuyurdum. Mənə dedilər ki, rahat təhsil ala bilməyim və rəhbərlik tərəfimdən qərəzli münasibətlə məruz qalmamağım üçün soyadını dəyişmək məsləhətdir”, - deyə “HammAli & Navai” qrupunun üzvü bildirib.

Qeyd edək ki, əslən azərbaycanlı sənətçinin sənəddə ad və soyadı Qromov Aleksandr Mixayloviç kimi qeyd olunub.