Azərbaycana yaşamaq üçün gələn 1241 nəfər qeydə alınıb

14:40 17-11-2020 349

Bu ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1241 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycandan gedənlərin sayı isə 461 nəfər olub. Qeyd olunub ki, miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.