Sumqayıtda dələduzluq edən şəxs tutuldu

15:40 17-11-2020 761

Sumqayıt şəhərində dələduzluq edən şəxs saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın  aldadılaraq, 550 manat pulunun alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan iki nəfəri aldadaraq, onlardan ümumilikdə 6600 manat pul alması da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.