Sumqayıtda küçədə kişi meyiti tapıldı

03:00 18-11-2020 428

Sumqayıt şəhərinin 39-cu məhəlləsində küçədə kişi meyiti aşkarlanıb.

APA-nın məlumatına görə, aparılan araşdırma zamanı meyiti tapılan şəxsin 1964-cü il təvəllüdlü Əsgərov Rafiq Firudin oğlu olduğu müəyyən edilib. 

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.