Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO

06:00 18-11-2020 378

Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı Maha Vaçiralonqkorn yenə gündəm olub. Bu dəfə o, metro açılışından olan görüntüləri ilə maraq qazanıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, o, kraliça Suthida ilə qatıldığı açılışda vaqona qırmızı xalı döşətdirib.

Yüksək rütbəli məmurların yerdə oturması isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.