Türkiyədə tibbi mərkəzin bütün həkimlərinin koronavirus testi müsbət çıxdı

07:00 18-11-2020 319

Türkiyənin Bursa şəhərində yerləşən Adnan Menderes Ailə Sağlamlıq Mərkəzi koronavirus səbəbilə yeddi günlük karantinə götürülüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Buna səbəb tibbi mərkəzdəki bütün həkimlərin koronavirus testinin müsbət çıxması olub.