Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi - FOTO

09:00 18-11-2020 408

Qadın ailə fotosuna baxdıqda özünü tanımayıb və 38 kiloqram arıqlayıb. 

“Daily Mail” xəbər verir ki, hadisə Böyük Britaniyanın Kent qraflığında baş verib. 

İki uşaq anası 27 yaşlı Lenna Uells 5 il əvvəl ilk hamiləliyi vaxtı 103 kiloqrama qədər kökəlib. 

2018-ci ilin dekabrında ailə fotosuna baxan Uells özünü güclə tanıdığını, daha sonra utandığını və hər kəsdən gizləndiyini bildirib.

Ötən ilin yanvarında Uells arıqlamaq qərarına gəlib. İki ilə yaxın vaxt ərzində qadın 38 kiloqram arıqlayıb və əvvəlki formasını bərpa edib.