Xalq Ali Baş Komandanı qızıl qəlbli rəhbər adlandırır - MÜRACİƏTLƏR

11:00 18-11-2020 501

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Xalq bildirir ki, Ali Baş Komandan bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdi. Onlar Prezidenti qızıl qəlbli rəhbər adlandırıb.

Prezidentə müraciət edənlər qeyd edir ki, Ali Baş Komandan müdrik və uzaqgörən siyasəti ilə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdı. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdı.

Bu yolda həmvətənlərimiz daim Prezidentimizi dəstəkləyir. Zəfərin Azərbaycan xalqının yanında olduğuna inanırlar.