Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT - FOTO

15:40 18-11-2020 24

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov akademiyanın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.