Dağıstanda təbii fəlakət səbəbindən on minlərlə ev işıqsız qalıb - FOTO

16:00 18-11-2020 344

Dağıstan Respublikasının Mahaçqala, Xasavyurt şəhərlərində və səkkiz rayonunda 53 mindən çox insan leysan yağışları səbəbindən işıqsız qalıb.

TASS-ın xəbərinə görə, bu barədə Rusiyanın Enerji Nazirliyi məlumat yayıb.

Təcili bərpa işlərinə 125 nəfərlik 34 briqada və 39 vahid xüsusi texnika cəlb edilib.