Hikmət Hacıyev: “Bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaq olduğunun sübutudur” - VİDEO

21:40 18-11-2020 549

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında işğaldan azad edilmiş Füzuli rayonu ilə bağlı paylaşımlar edib.

Prezidentin köməkçisi hər iki videoda ermənilərin vandalizminə məruz qalmış şəhərdən görüntülər paylaşıb və vurğulayıb ki, bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaqda olduğunun sübutudur.

H.Hacıyev qeyd edib ki, dünya bu vəhşiliyi mütləq görməlidir.