Qəzvində qatarın iki vaqonu relsdən çıxdı: Çox sayda xəsarət alan var - VİDEO

23:40 18-11-2020 369

İranın Qəzvin şəhərində hərəkətdə olan sərnişin qatarının iki vaqonu relsdən çıxıb.

Bu barədə Gunaz.tv məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında, Takestan- Rəşt qatar yolunun Nikuyədən keçən hissəsində qeydə alınıb. 

Qəzvin vilayətinin Böhran İdarəetmə Baş direktoru bildirib ki, xoşbəxtlikdən toqquşmada itki olmayıb və mümkün yaralananlara tibbi yardım göstərmək üçün hadisə yerinə təcili yardım göndərilib.

Hələlik yaralananlarla bağlı ətraflı məlumat verilmir.

Yerli məsullar qəzanın səbəblərinin məlum olmadığını, bu barədə detallı məlumatın aparılan araşdırmalardan sonra veriləcəyini deyiblər.