ABŞ-ın Azərbaycanın ticarət dövriyyəsindəki payı məlum olub

17:20 19-11-2020 465

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 585,2 milyon dollar təşkil edib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 17,3 faiz azalsa da, ABŞ Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin renkinqində 12-ci sıradan 7-ci sıraya qalxıb.

Bu ilin ilk 10 ayında Azərbaycandan ölkəyə 17,7 milyon dollar həcmində məhsul ixrac edilib. Müvafiq dövrdə ölkədən Azərbaycana 567,6 milyon dollar dəyərində məhsul idxal olunub. Bu il ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi dördüncü ölkədir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 707,9 milyon dollar dəyərində olub.

Nigar Məmmədova