Ermənilər Azərbaycan kəndlərini kustar üsulla hazırlanan silahlardan atəşə tutub - VİDEO

21:20 19-11-2020 521

Erməni işğalçı qüvvələri Azərbaycanın dinc əhalisini atəşə tutmaq üçün kustar üsulla hazırlanmış silahlardan istifadə edirlər. 

Jurnalist Həmid Həmidov öz “Telegram” kanalında Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində quraşdırılmış raket atan qurğunun videosunu nümayiş etdirib. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib ki, bu silahla 240 mm-lik raketlər vasitəsilə 18 km məsafəyə atəş açılıb. Silah isə Azərbaycan kəndlərinə tuşlanıb.