Beton plitə avtomobilin üzərinə düşdü: Sürücü son anda xilas oldu - VİDEO

03:40 20-11-2020 528

Rusiyanın Vladivostok şəhərində avtomobilini qardan təmizləyən sakin son anda ölümdən xilas ola bilib. 

Binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan video “Mash” “Telegram” kanalında dərc edilib.

Videoda beton plitənin avtomobilin üzərinə düşərək onu tamamilə yararsız hala saldığı əks olunub.

Xoşbəxtlikdən avtomobilin sahibi vaxtında hadisəyə reaksiya verərək kənara çəkilməyə fürsət tapır.