Türkiyədə koronavirusdan daha 123 nəfər öldü
07:20 20-11-2020 436
Türkiyədə son sutka ərzində koronavirusa 4542 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə RT Türkiyənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Ölkədə ümumi yoluxma sayı 430170-ə çatıb. Son sutkada ölənlərin sayı isə 123 olub.
Ümumilikdə 364 mindən artıq koronavirus xəstəsi sağalıb.