Dünyada koronavirusa yoluxanların sayı 57 milyonu keçdi

09:40 20-11-2020 427

Dünyada 57 236 335 nəfərdə koronavirus aşkar edilib.

Bu barədə HerGun.Az-ın qeyd olunub.

Virusdan 1 365 634 xəstə ölüb, 39 722 802 nəfər sağalıb.

Asiyada 15 471 689, Avropada 14 962 558, Şimali Amerikada 14 153 806, Cənubi Amerikada 10 563 707, Afrikada isə 2 040 542 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 070 712 nəfər), Hindistan (9 004 365 nəfər), Braziliya (5 983 089 nəfər), Fransa (2 086 288 nəfər) və Rusiyadır (2 015 608 nəfər).

İranda 815 117, Türkiyədə 430 170, Ermənistanda 121 979, Gürcüstanda isə 93 092 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 83 994 nəfərin 1053-ü ölüb, 59 465-i sağalıb.