Azərsu 1,5 milyon manatlıq sifariş həyata keçirib

14:20 20-11-2020 439

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti elan etdiyi tender üzrə nəticələri açıqlayıb. 

HerGun.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “Kaskad-Hidro” MMC olub.

Belə ki, səhmdar cəmiyyətin mərkəzdənqaçma nasosların satın alınması üzrə sifarişləri şirkət tərəfindən yerinə yetiriləcək. Sifarişin təmin edilməsinə görə 1 milyon 491 min 507 manat sərf olunacaq. 

Qeyd edək ki, müsabiqənin qalibi olan şirkət nasos aqreqatlarını təklif edir və bazarda 1996-cı ildən fəaliyyət göstərir.

Nigar Məmmədova