Bakıda iki nəfər dəm qazından zəhərləndi

01:40 21-11-2020 373

Bakının Sabunçu rayonunda iki nəfər evdə dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.