ABŞ-da naməlum şəxs ticarət mərkəzindəki insanlara atəş açdı - VİDEO

02:40 21-11-2020 17

ABŞ-ın Niskonsin ştatında naməlum şəxs ticarət mərkəzindəki insanlara atəş açıb. 

Bununla bağlı “Daily Mail” məlumat yayıb. 

Hadisə Vauvatsodakı “Mayfair” ticarət mərkəzində baş verib. İnsident zamanı səkkiz nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. 

Cinayətkarın hadisə yerindən qaçdığı bildirilir. İnsidentin səbəbləri məlum deyil.