Cəlilabadda zəncirvari yol qəzası olub - FOTO

05:40 22-11-2020 418

Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində "VAZ 2106", "VAZ 2107" və "Mersedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.