Bakı-Ələt yolunda ağır qəza: Ölən və yaralanan var - FOTO

23:40 22-11-2020 380

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi “İsuzu” markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili vurub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.