Rəqib klubun formasında məşqə gələn futbolçu bazaya buraxılmadı - FOTO

21:00 06-01-2021 559

Belçikanın “Antverpen” klubunun kamerunlu futbolçusu Didye Lamkel Ze kuryoz vəziyyətlə üzləşib.

Bu barədə “COPA90” “Twitter” səhifəsində məlumat verilib.

Belə ki, 24 yaşlı hücumçu komandasının məşqinə çempionatdakı əsas rəqibi “Anderlext”in formasında gəlib.

Bunu görən bazanın mühafizəçiləri futbolçunu içəri buraxmaqdan imtina ediblər.