Sudan İsraillə münasibətlərin normallaşması haqqında razılaşmaya imza atdı

04:40 07-01-2021 402

Sudan hökuməti bu gün rəsmi olaraq İsrail ilə münasibətlərin normallaşmasını təmin edən “İbrahim Anlaşmalarına” qatıldığını elan edib.

Bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb.

Sənədə ABŞ-ın Maliyyə Naziri Stiven Mnuçin iştirakı ilə Sudan Ədliyyə naziri Nəsrəddin Abdulbari imza atıb.

Xatırladaq ki, Sudan 2019-cu ildə hakimiyyətdə otuz il qalandan sonra devrilən prezident Ömər Əl-Bəşirin dakimiyyəti altında uzun illər fələstinliləri dəstəkləyib və İsraillə münasibətləri soyuq olub.