22 yaşlı futbolçu ağır xəstəlik səbəbilə karyerasını dayandırmaq məcburiyyətində qalıb

05:20 07-01-2021 401

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Dioqo Kasimiro karyerasını qeyri-müəyyən müddətə dayandırıb.

Bu barədə “Braqa” klubu məlumat yayıb.

Qeyd olunur ki, 22 yaşlı idmançıya onkoloji xəstəlik diaqnozu qoyulduqdan sonra o, bu addımı atmaq qərarı verib.

Klub futbolçuya ağır xəstəliklə mübarizədə hər cür dəstək nümayiş etdirəcəyini açıqlayıb.