Avropanın üç böyük dövlətindən İrana xəbərdarlıq

06:40 07-01-2021 358

Böyük Britaniya, Almaniya və Fransa İranı uranı 20% -ə qədər zənginləşdirmək prosesini dayandırmağa çağırıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda İslam Respublikasının uranı 20%-ə qədər zənginləşdirməyə başladığından dərin narahatıq ifadə olunur və bu addımı təsirli diplomatik fəaliyyət imkanlarını məhdudlaşdıran fəaliyyət kimi qiymətləndirilir.