Uşağın bronxlarından altı aydır orada qalan oyuncaq hissəsi çıxdı

08:40 07-01-2021 26

Həkimlər səkkiz yaşlı uşağın bronxlarından altı aydır orada olan konstruktor hissəsini çıxarıb.

REN TV-nin məlumatına görə, hadisə Rusiyada baş verib.

Məlumata görə, uşaq kəskin respirator virus infeksiyası əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin sözlərinə görə, uşağın temperaturu yüksəlmişdi, nəfəs alması səs-küylü idi, xırıltısı uzaqdan eşidilirdi. Həkimlər müayinədən sonra onun boronxlarına yad cisim düşdüyünü müəyyən ediblər. Bu səbəbdən o, cərrahiyyə şöbəsinə köçürülüb, əməliyyatla onun bronxlarından oyuncağın hissəsi çıxarılıb.

Məlumata görə, uşağın bronxlarına dəliyi olan kolpaklı oyuncaq hissəsi düşüb. O, kifayət qədər hava buraxmadığı üçün, bu səbəbdən bronxun sağ hissəsi çox şişmiş vəziyyətdə olub.

Hazırda uşağın vəziyyəti yaxşıdır. Bununla belə, patologiyanın qarşısını almaq üçün həkimlər onu altı ay nəzarətdə saxlayacaqlar.