Adil Əliyevin fəxri prezidenti olduğu federasiyada yeni təyinat

10:40 07-01-2021 28

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat olub.

HerGun.Az-ın əldə etdiyi xəbərə görə, federasiyanın baş katibi Sadıx Bağırov təyin olunub. O həmçinin 1999-2018-ci illərdə çalışdığı milli komandanın rəisi kimi də fəaliyyət göstərəcək.

Qeyd edək ki, sentyabrda Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətində dəyişiklik olub. Federasiyanın prezidenti Adil Əliyev fəxri prezident olub. Qurumun yeni prezidenti isə Orxan Əliyev seçilib.

Səbuhi Musayev