Baydenin seçilməsindən sonra Trampdan ilk AÇIQLAMA

13:20 07-01-2021 31

ABŞ Prezidenti Donald Tramp son hadisələrdən və Co Baydenin rəsmi olaraq ABŞ Prezidenti seçilməsindən sonra ofisi təhvil verəcəyi ilə bağlı yazılı açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Nəticə ilə qətiyyən razı deyiləm, həqiqətlər mənim haqlı olduğumu sübut edir. Yenə də 20 yanvarda nizamlı şəkildə prezidentlik postunun təhvil verilməsi olacaq. Bu, ABŞ-ı yenidən böyük etmək üçün apardığımız mübarizənin yalnız başlanğıcıdır”, - deyə Tramp açıqlamasında qeyd edib.